Badamdar · Usta Əhməd
Badamdarda #axmedinyani

Badamdarda - Əhməd usta

Elektrikdə problem var? Gətir səbəbini tapım.

Mən hissə atıb yoxlamıram. Əvvəl diaqnostika edirəm, haradandır tapıram, sonra qiymət deyirəm. Qiymət sona qədər eyni qalır. İşin hamısını videoya çəkib sənə göndərirəm.

14 ildir tək özüm işləyirəm. Hər maşına özüm baxıram.

WhatsApp-a yaz - 051 859 19 29

Adətən 10-15 dəqiqəyə cavab verirəm

Əhməd usta iş başında
Qaraj: Badamdar 1-ci massiv
Hər bloku masaya qoyub osilloqrafla yoxlayıram.
WhatsApp hesabatı
canlı nümunə
Müştəriyə ancaq faktla danışıram.

Son işlərdən - TikTok-da çəkmişəm

394 video
Toyota Corolla güzgü dəsti Corolla 2025
Maşın: Corolla, elektron güzgü yox idi
Nə etdim: Öz dəstini gətirib quraşdırdım, düymədən qatlanan etdim. Stokda var idi.
250 AZN quraşdırma daxil
BMW F10 NBT ekran BMW F10
Maşın: BMW F10, NBT ekran qaralmışdı
Nə etdim: Ekranı dəyişib kodlaşdırdım. Amerika varianta uyğunlaşdırdım.
Diler kodlaması ilə
Panoram lyuk adaptasiyası Panorama Lyuk
Maşın: Panoram lyuk ilişirdi
Nə etdim: Razborka yox, proqramla adaptasiya etdim, düzəldi.
Artıq xərc çıxarılmadı

Nə edirəm

Kompüter diaqnostikası - bütün bloklar
Check, ABS, SRS, üzən xətalar. Sadə iş 30-60 dəqiqə.
Avtoelektrik
Sızma cərəyanı, qısa qapanma, starter-generator, salon işıqları, naqillər.
Blokların proqramlaşdırılması
ECU, BCM, Airbag, açar yazılması, gizli funksiyalar. BMW NBT, lyuk və s.

Stokda var

Hazır çatdırılma və montaj
Toyota Corolla üçün elektron güzgü dəsti
Çin istehsalı Corolla üçündür
250 AZN quraşdırma daxil

Orijinal düymə ilə idarə olunur, bağlayanda özü yığılır. Quraşdırma daxil 250 AZN. Gətirib taxıram.

Necə işləyirik

Yazırsan.

WhatsApp-a maşının ili, markası və problemin videosunu atırsan.

Gətirirsən.

Baxıram, səbəbini tapıram, qiymət deyirəm.

Düzəldib göndərirəm.

Hamısını çəkirəm, sənə atıram. Bəyənməsən ödəniş yoxdur demək olar.

Vacib: Qiyməti işdən əvvəl deyirəm. Ortada artım olmur.

Usta haqqında

Mən Əhməd Əhmədovam. #axmedinyani kimi tanıyırlar.

14 ildir ancaq avtoelektrik və diaqnostika ilə məşğulam. Badamdarda öz yerimdə işləyirəm.

Mənim 3 qaydam var:
  • — Bəlkə bundandır deyib hissə dəyişmirəm.
  • — Qiymət əvvəlcədən razılaşır, sonra dəyişmir.
  • — Hər işin videosunu çəkib göndərirəm.

Nəyə baxmıram

Volkswagen və köhnə sovet maşınlarına baxmıram. Mexanika, motor yığılması da mənlik deyil - onun üçün yanda ayrıca xətt var: 055 874 94 11

Əvəzində Toyota, Lexus, BMW, Mercedes, Hyundai/Kia və yeni Çin maşınlarında dərinə gedirəm.

Suallar

Volkswagen niyə yox?

Düzü, o sahədə dərin avadanlığım yoxdur. Olmayan şeyə girişmirəm.

Yazılmadan gəlsəm olar?

Əvvəl WhatsApp-a yaz, video at. Baxım deyim gəlməyə dəyər ya yox. Vaxtın getməsin.

Diaqnostika nə qədər çəkir?

Sadəsi 30-60 dəqiqə. Qəlizdirsə maşın qalır.

Kontakt

Ünvan
Bakı, Badamdar, 1-ci massiv 44, Hostel-in yanı
Diaqnostika və elektrik:
051 859 19 29 Əhməd usta
Mexanika və motor:
055 874 94 11 Usta qonşu boks
İş vaxtı:
Həftə içi 10:00-19:00, Bazar - ancaq təcili WhatsApp
Orientir: Badamdar Hostel Xəritədə aç
Zəng: 051 859 19 29 WhatsApp-a yaz